Skip to content

D Vitamini Çatışmazlığı Nədir? D Vitamini Çatışmazlığı Əlamətləri Nədir?

d vitamini haqqında

Tibb dilində vitamin D kalsiferol adlanan, yağda həll olunan, qaraciyərdə və piy toxumasında yığılan vitamin növlərindən biridir. D2 və D3 olaraq iki növə bölünür. Günəşdən və qidadan alınan D vitamini qaraciyər və böyrəklərdə dəyişikliklərə məruz qalaraq, daha təsirli bir kimyəvi maddəyə çevrilir.

D vitamini çatışmazlığı sağlam qalmaq üçün kifayət qədər D vitamini almamağınız deməkdir. Əskikliyi ağır simptomlara səbəb olan, vitamin orqanizmdə bir çox müxtəlif funksiyalar üçün istifadə olunur. D vitamini sümüklərin əsas bloklarından biri olan kalsiumun udulması üçün lazımdır. Əzələlərin işləməsində və immunitetin davam etməsində sinir sisteminin mühüm rolu var. Bədəndə lazım olan vitamin D miqdarını üç yolla əldə edə bilərsiniz. Bu yollardan birincisi dərinin vitamini özü istehsal etməsi, ikincisi qidalanma, sonuncusu isə vitamin əlavəsidir. Vitamin D günəş işığına məruz qaldıqdan sonra dəridə təbii olaraq sintez olunur. Lakin günəş şüalarına çox məruz qalma dərinin qocalmasına və xərçəngə səbəb ola biləcəyi üçün insanların çoxu başqa mənbələrə üstünlük verir.

Bədənin D vitamini ehtiyacı yaşa görə dəyişir və alınacaq məbləğ isə yaşla artır. Bədəndə vitamin səviyyəsi çox aşağı düşdükdə, sümüklər nazik, kövrək və ya qüsurlu olur. D vitamini çatışmazlığı cəmiyyətdə çox rast gəlinən bir xəstəlikdir. Xüsusilə tünd dərisi və artıq çəkisi olanlar və 65 yaşdan yuxarı şəxslərdə D vitamini səviyyəsi daha aşağı olur. Buna görə də, qan səviyyəsini normal vəziyyətə gətirmək üçün vitamin əlavələri lazımdır. Ancaq diqqətli olmaq və həddindən artıq vitamin qəbul etməkdən çəkinmək də vacibdir, çünki çox yüksək D vitamini səviyyəsi heç bir əlavə fayda vermir. Əksinə, müxtəlif sağlamlıq problemlərinə səbəb olur.

D Vitamini Çatışmazlığı Əlamətləri Nələrdir?

Bəzi insanlarda D Vitamini çatışmazlığı olsa da, heç bir əlamət ilə özünü göstərmiyə bilir. Lakin vitamin çatımazlığı bəzən yorğunluq ümumi olaraq isə, bədən ağrısı kimi bəzi simptomlara səbəb olur. Şiddətli çatışmazlıqlarda isə sümük ağrısı və yeriməyə çətinlik yaradan güc itkisi meydana gəlir. Bundan əlavə, immunitet sisteminin öz vəzifəsini yerinə yetirə bilməməsi səbəbindən infeksiyalara yoluxmada tezlik müşahidə olunur. Bilək və topuqlarda, çiyin və barmaqlarda ağrı, əhval dəyişikliyi, depressiya, yuxusuzluq, baş ağrısı və saç tökülməsi kimi simptomlar da ola bilir.

Yetkinlərdə uzun müddət D vitamini çatışmazlığı osteoporoza, sümük quruluşunun pozulmasına, əzələ zəifliyinə və yıxılma riskinin artmasına səbəb olur. Həmçinin uşaqlarda isə raxit deyilən bir vəziyyətə səbəb olur. Raxit uşaqlarda adətən həddindən artıq və uzun müddət davam edən D vitamini çatışmazlığı nəticəsində sümüklərin yumşalması və zəifləməsi müəyyən edilir. Xəstəlik sümük quruluşunda böyümə geriliyi, ayaqların əyriliyi, bilək və topuqların qalınlaşması, döş sümüyünün deformasiyası kimi qalıcı pozğunluqlara səbəb olur. Xəstəliyin yetkin forması osteomalasiya adlanır və sümüklərdə qırıqlarla xarakterizə olunur.

D Vitamini Çatışmazlığının Səbəbləri Nələrdir?

D vitamini çatışmazlığı bir çox səbəbə görə baş verə bilər. Həmin səbəblərdən bəzilərini aşağıdakı kimi sıralamaq olar:

  • Kifayət qədər günəş işığı almamaq D vitamini çatışmazlığının səbəbi ola bilər. Ancaq bədənə lazım olan bütün D vitamini birbaşa və kifayət qədər günəş işığına məruz qalan dəridə də qarşılana bilər. Bununla belə, insanların çoxu qapalı məkanda çox vaxt keçirdiyi və ya həddindən artıq günəş kremi istifadə etdiyi üçün kifayət qədər günəş işığı almır. Xüsusilə qış aylarında günəşdən alınacaq D vitaminin miqdarı xeyli azdır.
  • D vitamini əlavə olaraq istifadə etməmək çatışmazlığın başqa bir səbəbidir, çünki bədənin ehtiyac duyduğu miqdarı yalnız sağlam qidalar ilə qarşılamaq çox çətindir.
  • Hamiləlik və piylənmə kimi səbəblərdən bədəndə artan ehtiyac D vitamini çatışmazlığını başlada bilər.

Bəzi insanlar isə D vitamini çatışmazlığını inkişaf etdirməyə daha çox meyillidirlər. D vitamini çatışmazlığı risk qrupunda olanlar:

  • Tünd dəri rəngi olan şəxslər. Dərinizin rəngi nə qədər tünd olarsa, eyni miqdarda günəş işığına məzruz qalan açıq dərili insanlara nisbətən bədəndə D vitamini bir o qədər az istehsal olunur.
  • Gün ərzində vaxtının çox hissəsini qapalı yerlərdə keçirən insanlar. Məsələn, xəstəxana işçiləri, gecə işçiləri və ya müxtəlif səbəblərdən evdən çıxa bilməyən insanlar.
  • Dərini hər zaman örtülü saxlayan insanlar. Məsələn, daim günəşdən qoruyucu kremlərdən istifadə edirsinizsə və ya dəriniz tamamilə paltarla örtülüdürsə, vitamin D çatışmazlığını inkişaf etdirməyə meyillisiniz.

D Vitamini Çatışmazlığının Müalicəsi Necə Olmalıdır?

Müalicə D vitamininin inyeksiya və ya ağızdan tətbiqi ilə həyata keçirilə bilər. Ən uyğun müalicə variantı və dozası vəziyyətinizə, yaşınıza və çatışmazlığın şiddətinə uyğun olaraq həkiminiz tərəfindən müəyyən edilir. Hər gün dərman qəbul etməyi sevməyən və ya unudan şəxslər üçün inyeksiya daha uyğun bir seçim ola bilər. Dərman inyeksiyasının tək dozası 6 aylıq ehtiyacı ödəyə bilər. Ağızdan alınan müalicələrdə dərman uzun müddət gündəlik, həftəlik və ya aylıq qəbul edilməlidir.

D vitamini əlavələrinin yağ tərkibli yeməklərlə qəbul edilməsi tövsiyə olunur. Tədqiqatlar göstərir ki, yağ tərkibli yeməklə qəbul edildikdə, acqarına qəbul ediləndən orta hesabla 32% daha çox udma var. Çatışmazlığın müalicəsi üçün lazım olan D vitamini miqdarı, çatışmazlığın şiddətindən və fərdi sağlamlıq risklərindən asılı olaraq dəyişir. Müalicə ilə D vitamini ehtiyatlarını təhlükəsiz həddə çatdırmaq və düşmələrin qarşısını almaq məqsədi daşıyır.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Sohbet odaları - Omegle - Twitch viewer bots - Betnano giriş - buy gopro hero 13