Baş Ağrısının Əsas Səbəbləri Nələrdir?

baş ağrısının səbəbləri

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Baş ağrısı cəmiyyətimizdə ən çox rast gəlinən sağlamlıq şikayətlərindən biridir. Demək olar ki, bütün insanlar həyatlarının müəyyən dövrlərində baş ağrıları ilə qarşılaşırlar. Baş ağrısı qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Heç şübhəsiz ki, baş ağrıları şiddətindən asılı olaraq, insanın həyat keyfiyyətinə mənfi təsir göstərir. Şiddətli baş ağrıları olan insanların əksəriyyətinin gündəlik işlərini yerinə yetirməkdə çətinlik çəkdiyini müşahidə edə bilərik. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ailə həkimlərinə müraciət edən hər 10 nəfərdən biri baş ağrısı şikayəti ilə gəlir. Bundan əlavə, nevrologiyaya müraciət edən hər 3 nəfərdən biri baş ağrısı ilə əlaqədardır.

Baş Ağrısı Nədir?

Başın müəyyən bir hissəsində çırpınan, sıxıcı və aydın şəkildə narahatlıq hiss edilən bir vəziyyət olaraq tanınmaqdadır. Baş ağrısı tədricən və ya qəfil baş verə bilir, bir neçə saat və ya bir neçə gün davam edə bilər. Baş ağrılarının 96%-i xoş xasiyyətlidir, lakin qalan şiddətli ağrılar erkən müdaxilənin həyat qurtardığı fövqəladə hallar arasındadır. Buna görə də, həkimlər bu tip xəstəliyə meyilli olan halları diqqətlə təhlil edir, xəstənin anamnezini götürür və fiziki müayinə aparır. Daha sonra əsas vəziyyət haqqında fikir əldə etmək üçün müxtəlif laboratoriya üsulları və radioloji görüntülənmə üsuları istifadə olunur.

Baş Ağrısının Hansı Növləri Var?

Baş ağrıları iki qrupda; primersekonder toplanır. Primer qrup baş ağrısının altında yatan başqa ciddi bir xəstəlik yoxdur. Buraya gərginlik baş ağrıları, miqren, nevroloji baş ağrıları və klaster ağrıları daxil olunur.

Sekonder qrupa digər xəstəliklərin simptomu kimi baş verən baş ağrıları daxildir. Kəskin sinüzit, diş problemləri, qulaq infeksiyaları, qrip, qlaukoma, serebrovaskulyar pozğunluqlar, xoş və ya bəd xassəli beyin şişləri, hipertoniya, kəllə-beyin travması kimi səbəblərdən yaranır.

Baş ağrılarının çoxu məsumdur və ən çox rast gəlinənlər gərginlik tipli baş ağrıları və miqren tipli baş ağrılarıdır. Ancaq baş ağrısı qəfil başlayan və çox şiddətli olduqda xəstə “başımda bomba partladı”, “həyatımda keçirtdiyim ən pis baş ağrısı” kimi bir ifadə işlədirsə, hipertansif xəstələrdə baş ağrısı ürəkbulanma və qusma ilə müşayiət olunur və ya müalicəyə cavab verməyən uzunmüddətli baş ağrıları və ya digər ciddi xəstəliklər olur.

Ən Çox Rast Gəlinən Baş Ağrı Növləri

Gərginlik tipli baş ağrıları – bu ən çox rast gəlinən baş ağrısı növüdür ki, bu da adətən 20 yaşdan yuxarı qadınlarda müşahidə olunur. Xəstələr bildirirlər ki, gərginlik tipli baş ağrısı zamanı sanki baş ətrafında sıx bir bant kimi hiss olunur. Gərginlik tipli baş ağrıları boyun və kəllə əzələlərinin uzanması nəticəsində yarana bilər. Bədəni uzun müddət yanlış vəziyyətdə saxlamaq və ya stress kimi vəziyyətlər gərginlik tipli baş ağrısına gətirən amillərdəndir.

Küme-cluster baş ağrıları – klaster baş ağrısı titrəməyən ağrı, lakin üzün bir tərəfində və ya gözlərin arxasında nəzərə çarpan yanan ağrı ilə xarakterizə olunur. Bu tip baş ağrısı meydana gəldikdən sonra baş ağrısını gözlərdə yaş və ya burun axması kimi əlamətlər müşayiət edir. Uzun müddət davam edən klaster baş ağrılarında bu proses bəzən 6 həftə davam edə bilir. Küme baş ağrıları həftənin istənilən günündə, bəzən gündə bir dəfədən çox baş verə bilir. Əsas səbəb tam aydınlaşdırılmasa da, bu nadir baş ağrısı növündən ən çox 20-40 yaş arası kişilər əziyyət çəkir.

Miqren – şiddətli baş ağrısı növü olan miqren, adətən üzün yalnız bir yarısında meydanan gələn titrəyici baş ağrısıdır. Miqren öz daxilində bir çox alttiplərə bölünür. Xroniki miqren baş ağrısı bu altnövlərdən biri olmaqla, bir aylıq dövrün 15 günündə baş verə bilir. Bəzi miqrenli xəstələrdə baş ağrısı baş verməzdən əvvəl aura dövrü adlanan dövr baş verir. Bu zaman xəstələr yanıb-sönən işıqlar, parıldamalar, diaqonal xətlər, ulduzlar kimi görmə problemlərinin yaşadıqlarını təsvir edə bilirlər. Bu hal hər 5 nəfərdən 1-inə təsir edə bilir. Miqren baş ağrısı ailəvi ola bilər, buna görə də, müxtəlif sinir sistemi şərtləri ilə əlaqəli olduğu düşünülür. Bu tip baş ağrısına qadınlar kişilərdən təqribən 3 dəfə daha çox meyillidirlər.

Baş Ağrısının Səbəbləri Nələrdir?

Baş ağrısının səbəbləri nələrdir sualının cavabı baş ağrısı növünə görə dəyişir. Məsələn, primer tip baş ağrılarında genetik meyilli şəxslərdə ətraf mühit faktorları beyində aktivləşdirmə yaradır. Bu aktivləşmə beyin damarlarının genişlənməsinə səbəb olur və kimyəvi maddələr sərbəst buraxılır. Bunlar sinirləri stimullaşdıraraq ağrıya səbəb olur.

Sekonder tipli baş ağrıları altında bir çox fərqli səbəb ola bilər. Məsələn, infeksiyalar (sinus, qulaq, beyin qişaları), qan damarlarının zədələnməsi (anevrizma, malformasiyalar), şişlər, hipertoniya səbəblərdən yalnız bir neçəsidir. Bu səbəbdən sekonder dərəcəli baş ağrılarının səbəbini müəyyən etmək həyati əhəmiyyət kəsb edir. Bundan əlavə, menstruasiya zamanı qadınlarda baş ağrları ola bilər. Həmçinin, stress də mühüm faktordur.

Kəskin Baş Ağrıları Zamanı Nə etməli?

Baş ağrısının altında yatan sağlamlıq problemi (sinus infeksiyası və s.) varsa, müvafiq müalicə mütəxəssis həkimdən alınır. Bunun xaricində ilkin baş ağrılarında xüsusən də, miqrendə nevroloq xəstəlik tarixçənizi götürüb araşdıraraq müvafiq müalicəyə başlamalıdır.

Baş ağrılarına nəzarət üçün sadə ağrıkəsicilər, qeyri-streoid antiinflamatuar preparatlar və ya triptan qrupu dərmanlar istifadə oluna bilər. Lakin, ağrı kəsici dərmanlar hər nə qədər məsum görünsələr də, davamlı istifadə edildikdə xüsusilə, böyrək parenximasına və digər orqanlara geri dönməz zərər vura bilər. Buna görə də, həmin dərmanların davamlı istifadəsi tövsiyə edilmir. Baş ağrısı davamlı və intensiv şiddətlidirsə, xəstənin həyatında qarşılaşdığı ən şiddətli ağrıdırsa və ağrı fiziki hərəkət zamanı (ağır yük qaldırmaq və s. zamanı) baş verirsə və ya ağrı artıbsa, bu zaman belə hallarda mütləq həkimə müraciət etmək lazımdır.

Bu məlumatlara əlavə olaraq isə nəzərinizə çatdırmaq istəyirik ki, şiddətli baş ağrıları ilə müşayiət olunan digər bir xəstəlik olan qaymorit ilə ağrısız və təbii yollarla, cəmi bir neçə gün ərzində vidalaşmaq istəyirsinizsə, o zaman bizə müraciət edə bilərsiniz.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.