Omeqa 3 çoxlu doymamış yağ turşuları qrupuna verilən addır və yağın orqanizm tərəfindən enerjiyə çevrilməsinin mühüm tərkib hissəsidir. Həmçinin omeqa 3, insan qidalanmasında və fiziologiyasında da mühüm rol oynayır. İnsan orqanizmi əzələ fəaliyyətindən hüceyrə böyüməsinə qədər bir çox funksiyalar üçün Omeqa 3 yağ turşularına ehtiyac duyur.
Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, həftədə ən az iki dəfə balıq yağı istehlak edən bir insanın ürək sağlamlığının qorunduğu sübut olunmuşdur. Bununla yanaşı, balıq yağının orta və şiddətli yüksək qan təzyiqi olan insanlarda faydalı təsir göstərə biləcəyi də sübut olunmuşdur.
Bəzi xəstəliklərin qarşısını almaq, yəni bu xəstəliklərə qarşı immuniteti gücləndirmək üçün gündə ən azı 1 qram omeqa 3 yağ turşusu içmək lazımdır. Omeqa 3 yağ turşularının təsirini maksimum səviyyədə görmək üçün omeqa 3 istifadəsi zamanı omeqa 6 yağ turşularının istifadəsini məhdudlaşdırmaq lazımdır. Omeqa 6 yağ turşularının mənbələrinə misal olaraq qarğıdalı, günəbaxan, soya, pambıq toxumu yağlarını göstərmək olar.
Balıq Yağı Nədir və Hansı Faydaları Var?
Tərkibində bol miqdarda omeqa 3 yağ turşuları, D vitamini və DHA ehtiva edən balıq yağı adından da anlaşılacağı kimi balıq toxumasından əldə edilən heyvani yağdır. Balıq yağını balığın qaraciyərindən alınan toxumlardan da almaq olar. Lakin onun əldə edildiyi balıq növü balıq yağının keyfiyyətinə təsir edə bilər. Balıq yağı əlavələri adətən maye, kapsul və ya tablet şəklində mövcuddur və mütəxəssislər tərəfindən mütəmadi olaraq, balıq yağından istifadə edilməsi tövsiyə olunur. Çünki mütəxəssislər balıq yağını beyin qidası kimi də təyin edirlər.
Sürətli böyümə və artan aktivlik səbəbindən uşaqlar böyüklərdən daha çox enerji və qida maddələrinə ehtiyac duyurlar. Bu səbəbdən balıq yağı uşaqların sürətli inkişafını təmin edən və onların aktiv həyatını dəstəkləyən mühüm enerji mənbəyidir. Bundan əlavə, uşaqların böyümə və inkişaf müddətində balıq yağının qeyri-kafi qəbulu böyümə və inkişafı ləngidir.
Bununla yanaşı, A vitamini ilə zəngin olan balıq yağı uşaqların göz sağlamlığını qoruyur və görmə qabiliyyətlərini gücləndirir. Zəngin D vitamini qaynağı olduğu üçün sümüklərin möhkəmlənməsinə də böyük töhfə verir. Tərkibindəki zəngin maddələr sayəsində uşaqların immunitetini gücləndirir və onları qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur.