Alma Sirkəsinin Faydaları Nələrdir və Necə İçilməlidir?

alma sirkesinin hazirlanmasi

Sağlamlıq və baxım sahələrində bir çox problemə həll yolu olan alma sirkəsi; gigiyena təmin etmək, yeməklərə və salatlara ləzzət vermək, eləcə də, bir sıra sağlamlıq problemləri üçün evdə tez-tez istifadə olunur. Sirkənin qoruyucu xüsusiyyəti onun təkibindəki sirkə turşusu ilə bağlıdır. Sirkə turşusunun 0.1 faiz məhlulu bir çox qida zəhərlənməsinin və əmələ gələn bakteriyaların böyüməsinə maneə törədir, 0.3 faizlik mikotoksigenin məhlulu isə kiflərin böyüməsinə maneə törədir. Sirkə mühafizəsində sirkə turşusunun təsiri duzun (NaCl) və mikroorqanizmlərin böyüməsini maneə törədən məhsulun digər xüsusiyyətlərinin olması ilə artır. Digər sirkə növləri kimi, alma sirkəsinin də əsas kompetenti sirkə turşusudur. Həmçinin, alma sirkəsinin tərkibində laktik limon və alma turşuları və bakteriyalar kimi digər maddələr də var.

Alma Sirkəsinin Faydaları Nələrdir?

Bir çox insanlar alma suyu sirkəsinin çoxlu faydaları olduğuna inanırlar. Əsas olanlar; həzm problemləri, dəri problemləri, çəki artımının qarşısını alır, kəpəyi azaldır və ürək sağlamlığına faydaları var. Lakin alma sirkəsinin elmi araşdırmalarla dəstəklənən bir çox faydası olsa da, sübut olunmamış hallar da var.

Tərkibində zülal, ferment və pribiotik bakteriya lifləri olan alma sirkəsindən istifadənin bir çox faydası var; lakin sağlamlığınız üçün başqa addımlar atmasanız alma sirkəsindən istifadənin böyük təsiri olmayacaq. Məsələn, alma sirkəsinin arıqlamağa kömək etdiyi düşüncəsi ilə balanslı sağlam qidalanma pəhriz rejimi və məşqlərə laqeyd yanaşmaq olmaz. Alma sirkəsinin faydalarından bəziləri isə aşağıdakılardır:

Qan şəkərinin səviyyəsini İdarə etməyə kömək edir:

Alma sirkəsi 1-ci tip diabetli (şəkərli diabet) insanlara zərəli təsir göstərə biləsə də, 2-ci tip diabetli insanlarda qan şəkərini balanslaşdırmaqda faydalı ola bilər. Sirkənin tərkibindəki sirkə turşusu nişastanı həzm etməyə kömək edən fermentləri bloklayır. Bu, təkibində nişasta olan makaron və ya çörəyin istehlakında olduğu kimi, qan şəkərinin daha kiçik reaksiyasına səbəb olur. Bundan əlavə, alma sirkəsi qastroparez kimi müəyyən sağlamlıq problemləri olan insanlar tərəfindən istifadə edilməməlidir.

Alma sirkəsi arıqlamağa kömək edə bilir:

Bəzi araşdırmalar sirkənin toxluq hissini artırdığını aşkar edib. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, alma sirkəsi istehlak edən iştirakçılar gündə 275-ə qədər daha az kalori yeyerək arıqlamışdılar. Nəticədə toxluq hissini təmin edən alma sirkəsi artıq pəhriz proqramına əməl edənlərin daha az kalori qəbulunu təmin edərək arıqlamasına kömək edə bilər.

Alma sirkəsi qan təzyiqini və pis xolestrini aşağı salır:

Alma sirkəsindən istifadə qan təzyiqini tənzimləməyə və pis xolesterinin səviyyəsini aşağı salmağa da kömək edə bilər. Həmçinin, qan damarlarının daralmasından və genişlənməsindən məsul olan böyrəklər tərəfindən istehsal olunan renin hormonunu idarə etməyə kömək edir. Damarlar daraldıqda qan təzyiqi yüksəlir və bununlada, qan damarlarını rahatlaşdırır və bu da qan təzyiqini aşağı salmağa kömək edir.

Alma sirkəsi dəri sağlamlığı üçün İstifadə edilə bilər:

Alma sirkəsi təbii turşu olmaqla, antimikrobiyal xüsusiyyətlərə malikdir. Bu o deməkdir ki, alma sirkəsi dəri sağlamlığı üçün faydalı ola bilər və dəri infeksiyalarının qarşısı almağa kömək edə bilər. Lakin, alma sirkəsinin dəri sağlamlığı üçün nə qədər təhlükəsiz və təsirli olduğunu tam izah etmək üçün daha çox araşdırmaya ehtiyac var. Buna görə də, alma sirkəsini dəri sağlamlığında istifadə edərkən ehtiyatlı olmaq lazımdır.

Alma sirkəsi bağırsaq sağlamlığı üçün faydalıdır:

Alma sirkəsi fermentləşdirilmiş məhsul olduğundan digər fermentləşdirilmiş qidalar kimi, bağırsaqlara probioitik bakteriyaları ehtiva edir. Bu, həzm sistemini sağlam saxlamağa kömək edir. Xüsusilə, alma sirkəsinin tərkibində olan “sirkə anası” adlanan bərkimiş quruluş həzm sistemi üçün çoxlu faydalı bakteriyaları ehtiva edir. Mümkünsə, hər yeməkdən əvvəl 1 və ya 2 xörək qaşığı alma sirkəsi içmək olar. Çünki fermentləşdirilmiş alma sirkəsi mədə yanmasını aradan qaldırır və mədə fermentininin azalmasını əvəz edir. Bundan əlavə, alma sirkəsi təbii dezinfeksiyaedici olduğundan qida ilə qəbul edilən bakteriyaları məhv edə bilir. Həmçinin, o saçların hamar və parlaq görünməsinə kömək edərək, baş dərisinin pH-nı bərpa edir.

Bəs Alma Sirkəsi İçməyin Zərərləri Varmı?

  • Alma sirkəsi kifayət qədər turşdur. Əgər onu tez-tez və ya çox miqdarda içsəniz, boğazınızı qıcıqlandıra bilər.
  • Alma sirkəsi insulin də daxil olmaqla, müəyyən əlavələr və ya dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Bu əzələlərin və sinirlərin lazım olduğu kimi, işləməsi üçün aşağı kalium dəyərlərinə səbəb ola bilər.
  • 1-ci tipli şəkərli diabet xəstələri üzərində aparılan araşdırmalara görə, alma sirkəsi qida və mayenin mədənizdən bağırsaqlarınıza hərəkətini ləngidir. Yavaş həzm də, qan şəkəri səviyyənizi idarə etməyi çətinləşdirə bilər.
  • Həddindən artıq alma sirkəsi içmək dişlərinizə də zərər verə bilər. Alma sirkəsi içməkdənsə, salat sosunun tərkib hissəsi kimi istehlak etmək tövsiyə olunur.
  • Həzm problemləri və ya mədə xorası olan insanlarda alma sirkəsi simptomları pisləşdirə bilər. Buna görə də, həmin xəstələrə alma sirkəsi qəbul etmək tövsiyə olunmur.

Gündəlik nə qədər Alma sirkəsi İstehlak Edilməlidir?

Alma sirkəsi üçün tövsiyə olunan gündəlik istehlak miqdarı 15-30 ml-dir. 1-2 xörək qaşığı alma sirkəsi gün ərzində su ilə qarışdırılır, qarışım halına gətirilir və istəyə görə salatlara əlavə edilə bilər. Alma sirkəsinin heç bir əks təsiri və ya zərəri olmayan insanlar gün ərzində 2 xörək qaşığına qədər alma sirkəsi istehlak edə bilərlər.