Ağız Qoxusunun Səbəbləri Nələrdir və Necə Aradan Qaldırmaq Olar?

agiz qoxusu

Ağız qoxusu nəfəs vermə ilə birlikdə xaricə yayılan pis qoxulu bir şikayətdir. Bəzi insanlar ağız qoxusu az olsa belə bu mövzudan çox narahat olsalar da, bəziləri öz ağız qoxusunu fərq etməyə bilər. Bir insanın öz nəfəs qoxusunun fərqində olması çətindir. Buna görə də bəzən ağız qoxusunun olub-omaması birinci dərəcəli qohumlarla və ya yaxın dostlarla məsləhətləşməklə müəyyənləşdirilməlidir.

Ağız qoxusu varsa, ilk növbədə ağız və diş gigiyenası vərdişləri nəzərdən keçirilməlidir. Yeməkdən sonra dişlər və dil fırçalanmalı, diş ipindən istifadə edilməli və bol su içmək kimi həyat tərzində dəyişikliklər edilməlidir. Bu cür dəyişikliklərdən sonra ağız qoxusu davam edərsə, diş həkiminizlə məsləhətləşməlisiniz. Diş həkimi, dişdən başqa ciddi bir vəziyyətin ağız qoxusuna səbəb olduğundan şübhələnirsə, qoxunun səbəbini tapmaq üçün xəstəni mütəxxəssis həkimə yönləndirir.

Ağız Qoxusunun Səbəbləri Nələrdir?

Ağızdan qoxu gəlməsinin bir çox səbəbi ola bilər və həmin səbəbləri aşağıdakı kimi sıralamaq olar:

  • Qidalar: Dişlər arasında və ya ətrafında yığılan qida hissəciklərinin parçalanması bakteriyaların artmasına və pis qoxuya səbəb ola bilər. Soğan, sarımsaq və ədviyyat kimi bəzi qidaları qəbul etmək də ağız qoxusuna səbəb ola bilər.
  • Tütün məhsulları: Siqaret çəkmək xoşagəlməz nəfəs qoxusuna səbəb olur. Siqaret çəkənlər və digər tütün məmulatlarından istifadə edənlər ağız qoxusunun başqa bir mənbəyi olan diş əti xəstəliyinə meyllidirlər.
  • Qeyri-kafi diş baxımı: Müntəzəm olaraq fırçalamayan və diş ipi istifadə etməyən insanlarda yemək hissəcikləri ağızda qalır və ağız qoxusuna səbəb olur. Belə hallarda dişlərdə rəngsiz və yapışqan bakterial lövhə əmələ gəlir.
  • Ağız quruluğu: Tüpürcək pis qoxuya səbəb olan hissəcikləri çıxararaq ağız boşluğunun təmizlənməsinə kömək edir. Ağız quruluğu təbii olaraq yuxu zamanı yaranır və bu, adətən səhərlər insanlarda müşahidə olunan ağız qoxusuna səbəb olur. Bu vəziyyət daha da pisləşir və xroniki ağız quruluğu müəyyən xəstəliklər və tüpürcək bezləri ilə bağlı problemlər nəticəsində yarana bilər.
  • Dərmanlar: Bəzi dərmanlar ağız quruluğuna kömək edir və dolayı yolla ağız qoxusuna səbəb olur. Bəzi dərmanlar bədəndə metabolizə olunur və parçalandıqdan sonra bəzi kimyəvi maddələr əmələ gətirir. Bu kimyəvi maddələr qan dövranına daxil olur və ağciyərlərə gedir və pis qoxuya səbəb olur.
  • Ağız boşluğunda infeksiyalar: Ağız və üz-çənə cərrahiyyəsi sonrası ağızda yaranan yaralar, məsələn diş çəkilməsi pis qoxuya səbəb ola bilər. Bunlardan başqa diş çürüməsi və diş əti xəstəlikləri də pis qoxulara səbəb olur.
  • Digər tibbi səbəblər: Burun və boğaz infeksiyaları, mədə ilə bağlı problemlər, məsələn qastroezofageal reflü xəstəliyi ağız qoxusuna səbəb ola bilər. Bundan əlavə, diabet və ya xərçəng kimi metabolik pozğunluqlar fərqli bir ağız qoxusuna səbəb olur. Gənc uşaqlarda ağız qoxusuna bir parça yemək və ya burun dəliyinə girmiş yad cisim də səbəb ola bilər.

Ağız Qoxusunu Necə Aradan Qaldırmaq Olar?

Bunun cavabı isə kiçik və müntəzəm tədbirlər görməkdir. Ağız qoxusunu azaltmaq və ya qarşısını almaq üçün evdə edə biləcəyiniz müalicə üsullarını aşağıdakı kimi sıralamaq olar:

  • Yeməkdən sonra mütləq dişləri fırçalamaq lazımdır. Tərkibində florid olan diş məcunu ilə gündə ən azı iki dəfə, xüsusən də yeməkdən sonra fırçalamanız lazımdır. Araşdırmalarla sübut olunmuşdur ki, antibakterial xüsusiyyətə malik diş pastaları pis qoxuları azaldır.
  • Gündə ən azı bir dəfə diş ipindən istifadə edin: Düzgün diş ipindən istifadə dişlərinizdəki qida hissəciklərini və bakteriyaları təmizləyir və ağız qoxusunu idarə etməyə kömək edir.
  • Diş protezlərinin və ya diş aparatlarının təmizlənməsi: Əgər protez və ya aparatlar taxırsınızsa, onları gündə ən azı bir dəfə və ya diş həkiminizin göstərişi ilə tez-tez təmizləməlisiniz. Diş həkiminiz sizə ən yaxşı təmizləyici məhsulları tövsiyə edə bilər.
  • Ağız quruluğundan qaçınmaq: Ağzınızı nəmli tutmalısınız, bunun üçün tütün məmulatlarından uzaq durub daha çox su istehlak edə bilərsiniz. Ağız qurumasına səbəb ola biləcək qəhvə, sərinləşdirici içkilər və ya spirt kimi içkiləri məhdudlaşdırmalısınız.

Bununla yanaşı, müntəzəm olaraq yeni diş fırçası almanız və diş fırçanızı hər üç-dörd aydan bir dəyişdirməyi unutmayın. Müntəzəm olaraq diş müayinələrinə getməyiniz, dişlərinizi və ya protezlərinizi müayinə etməyiniz tövsiyə olunur.