Skip to content

Qaymoritin Əlamətləri (ƏSAS 15 ƏLAMƏTİ) – 2024

Qaymoritin əlamətləri hansılardır? Bir öncəki yazımızda qaymoritin nə olduğu barədə ətraflı şəkildə danışmışdıq. Öncəki yazını oxumaq və qaymoritin nə olduğu ilə bağlı məlumat əldə etmək üçün bu məqaləyə keçid ala bilərsiniz:

Qaymorit Xəstəliyi Nədir?

İndi isə qaymoritin əlamətlərini öyrənərək xəstəlik ilə daha yaxından tanış olacağıq. Qeyd etmək lazımdır ki, ilkin inkişaf mərhələsində qaymoritin yarana biləcəyini göstərən əlamətlər şərtidir. Çünki bir və ya bir neçə əlamətin olması sizdə qaymoritin olması demək deyil. Ancaq bəzi spesifik əlamətlər var ki, müşahidə etdikdə dərhal müalicə almaq məsləhət görülür.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Xəstəliyin Yarandığı Yaşlar

Həm böyüklər, həm də uşaqlar qaymorit ola bilər, lakin kiçik uşaqların göstərdikləri əlamətlər fərqli olur. Müəyyən bir yaşda, onların bütün sinusları inkişaf etməmiş olur və daha çox etmoidit meydana gəlir. Bu, burunun etmoid sinusunun iltihabıdır. Bundan əlavə, uşaqlar bir az fərqli bir anatomik quruluşa sahibdirlər və orada da iltihablana bilən adenoid toxuma var. Ümimi olaraq deyə bilərik ki, 5 yaşa qədər uşaqlarda qaymoritin görülməsi yox deyiləcək qədər azdır.

Qaymoritin Ümumi Əlamətləri

  • sarı-yaşıl rəngli selik ifrazatı
  • tərkibində qan izləri olan selik ifrazatı
  • burun tutulması
  • nəfəsalmanın get-gedə çətinləşməsi
  • temperaturun zamanla artması
  • temperaturu bəzən titrəmənin müşayiət etməsi
  • anidən quru öskürəyin peyda olması
  • yaddaşın zəifləməsi
  • burnun üst hissəsində təzyiq və ağırlıq hisslərin yaranması
  • yuxunun pozulması
  • iş qabiliyyətin zəifləməsi
  • əzginlik, yorğunluq, ümumi halsızlıq hallarının yaranması
  • ağrıların alın, damaq və gözlərə yayılması
  • başı hərəkət etdirən zaman bəzən güclü ağrıların meydana çıxması
  • iştahanın pozulması 

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Qaymoritin əlamətləri

Kəskin Qaymoritin Əlamətləri

Xəstəlik başlanğıcda çox kəskin əlamətlər göstərə bilir. Xəstənin bədən temperaturu 38-39˚С-yə qədər yüksələ bilər, bəzən titrətmə də müşahidə olunur. Ümumi intoksiyasiyanın əlamətləri meydana çıxır. Qaymoritli xəstələri əng sümüyünün zədələnmiş boşluğu nahiyəsində, almacıq sümüyündə, alında və burun kökündə şiddəti zamanla artan ağrılar narahat edir. Palpasiya zamanı ağrı hissi daha da güclənir. Ağrı gicgaha, eyni zamanda üzün müvafiq yarısına yayıla bilər. Bəzi xəstlərdə müxtəlif intensivlikli baş ağrıları yaranır.

İnfeksiya yayılan tərəfdə burun tənəffüsü pozulur və imkansız hala gəlir. İkitərəfli qaymoritdə isə burun tamamilə tutulduğundan xəstə ağızla nəfəs almağa məcbur qalır. Burun yollarından axan ifrazatlar öncə duru və seroz xarakterli, sonralar isə yaşılımtıl rəngdə, qatı və bulanıq olurlar.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Xroniki Qaymoritin Əlamətləri

Kəskin prosesin davamı olaraq xroniki qaymorit inkişaf edir. Remissiya dövründə xəstənin ümumi vəziyyəti stabil qalır. Kəskinləşmə mərhələsində ümumi intoksikasiya əlamətləri (halsızlıq, baş ağrıları, əzginlik) meydana gəlir. Hərarət febril və ya subfebril həddə qədər qalxa bilər.

Xroniki qaymoritin eksudativ forması möhtəviyyatın miqdarının kəskinləşmə mərhələsində artması, pasiyentin vəziyyətinin yaxşılaşdığı dövrlərdə isə xeyli azalması ilə xarakterikdir. Kataral qaymoritdə axıntı xoşagəlməz iyli, duru və seroz olur.

Xəstəliyin irinli formasında ifrazatlar qatılaşır, rəngi isə sarı-yaşılımtıl olur. Dartılan selikli axıntılar quruyaraq, burun boşluğunda qabıqlar əmələ gətirirlər.

Xroniki qaymoritin kəskinləşməsi və ya ifrazatın axınına maneə yarandıqda baş ağrıları da meydana çıxır. Xəstələr bu baş ağrılarının çox vaxt “gözlərin arxasında” hiss etdiklərini qeyd edirlər. Gözaltı nahiyəyə təzyiq etdikdə və ya göz qapaqlarını yuxarı qaldırdıqda baş ağrıları güclənə bilir. Uzandıqda və ya yuxuya getdikdə ağrı zəifləyir, bu da horizontal vəziyyətdə irin axınının bərpa olunması ilə bağlıdır.

Bir çox xəstələr əsasən gecə saatlarında yaranan və adi müalicəyə tabe olmayan öskürəkdən şikayət edirlər. Bu öskürəyə haymor cibindən udlağın arxa divarı ilə axan irin səbəb olur. Xroniki qaymoritli pasiyentlərdə əksər hallarda burun boşluğu dəhlizində çatlar, şişkinlik, maserasiya kimi dəri zədələnmələrinə rast gəlinir. Xəstələrdə konyunktivit və keratit də aşkarlana bilər.

Əgər siz də qaymorit ilə ağrısız və təbii yollarla, cəmi bir neçə gün ərzində vidalaşmaq istəyirsinizsə, o zaman bizə müraciət edə bilərsiniz.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Bu mövzu ilə bağlı digər məqalələri oxumaq üçün aşağıdakı yazılara klikləyərək keçid ala bilərsiniz:

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Betmarko - psosurf.com - sweet bonanza oyna