Qaymorit xəstəliyi nədir?
Bildiyimiz kimi, insan burnunun sağ və sol tərəfində dörd burunətrafı cib var. Onlardan birinin adı haymor boşluğudur. Həmin boşluğun burun və ya qan vasitəsilə xəstəlik törədən mikrobların daxil olması nəticəsində iltihablanması da elə qaymorit və ya haymorit adlanır. Burun və burunətrafı ciblərin xəstəlikləri yuxarı tənəffüs yollarının ən çox görülən patologiyasıdır. Haymorit üz nahiyəsində, burun ətrafında, başı aşağı salarkən və ya tərpədərkən ağrılarla, burundan gələn axıntı ilə özünü büruzə verir. İnsan qrip olarkən də haymoritin əlamətləri müşahidə edilə bilər.
Qaymoritin kəskinləşməsi onun daha da dərinləşməsinə səbəb olur və xəstəlik törədən mikrobların inkişafı üçün münbit şərait yaranır. Kəskin və xroniki qaymorit, KBB (LOR) patologiyaları arasında yayılma dərəcəsində ikinci yerdədir.
Qaymoritin ağırlaşması zamanla ağrıların yaranmasına səbəb olur. Öncə ağrılar zəif olsa da sonradan güclənməyə başlayır. Xəstəlik zamanı mikrobların ifraz etdiyi toksinlər qana işləyir və xəstə baş ağrılarından, halsızlıqdan, iştahasızlıq və s. şikayət etməyə başlayır.
Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.
Qaymorit necə və niyə yaranır?
Əlverişsiz ekoloji vəziyyət, tənəffüs vasitəsilə ilə yoluxuan virus infeksiyalarının və allergik xəstəliklərin sayının artması xəstəliyin yaranmasının başlıca səbəblərindəndir. Həmçinin, yetkinlərdə və uşaqlarda immunitetin ümumi olaraq zəifləməsi bu xəstəliyin günü-gündən daha çox yayılmasına səbəb olur. Müşahidələr əsasında qeyd edə bilərik ki, qaymoritin yaranması əsasən virus infeksiyası yaşanılan zaman və ya ondan bir müddət sonra baş verir. 5-7 gün ərzində keçən bir soyuqdəymədən fərqli olaraq, qaymorit uzun müddət xüsusi müalicə tələb edən bir xəstəlikdir.
Aşağıdakılar da qaymoritin necə yaranmasını izah edən səbəblərdəndir:
- Burun tıxanması zamanı müalicənin gecikdirilməsi və yaxud zəif müalicə edilməsi
- Soyuqdəymənin müalicəsinin gecikdirilməsi və ya qripin müalicə edilməməsi
- İsti və quru mənzildə uzun müddət keçirtmə
- Soyuq küləyin qarşısında uzun müddət qalma
- Kimyəvi maddələrlə təmasda olan insanların tənəffüs yoluna kimyəvi maddələrin buxarlarının daxil olması
- Poliplərin əmələ gəlməsi və s.
Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.
Qaymoritin səbəbləri
Əksər hallarda, qaymoritin yaranmasının səbəbləri bir çox müxtəlif xəstəliklərdən ola bilər. Məsələn, SARS, ağız boşluğu və burnun iltihabi xəstəlikləri, burun çəpərinin əyriliyi, burun keçidlərinin anadangəlmə darlığı, adenoidlər və ya allergik reaksiya bu səbəblərə aid edilə bilər. Bundan əlavə, qaymoritin aşağıdakı səbəbləri də ola bilər:
- immunitetin zəifləməsi;
- burun və ya burunətrafı ciblərin zədələnməsi;
- bakterial işğal;
- xroniki daxili infeksiyanın olması;
- KBB orqanlarının və tənəffüs sisteminin xroniki xəstəlikləri;
- burun dərmanlarının nəzarətsiz istifadəsi və s.
Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.
Qaymoritin növləri
“Qaymorit xəstəliyi nədir?” sualına ətraflı cavab tapdıqdan sonra indi isə xəstliyin növləri ilə daha yaxından tanış olub məlumatlanmalıyıq. Qaymorit kataral (bol sinus ekssudatı ilə xarakterizə olunur) və həmçinin irinli (sinusların içərisində irinli maddələr yığılır) ola bilər. Kataral qaymorit daha çox 20 yaşa qədər gənclərdə müşahidə olunur. Daha ətraflı desək, xəstəlik aşağıdakı şəkillərdə ola bilər:
Bundan əlavə, xəstəlik ola bilər:
- Eksudativ – bol seroz, selikli və ya irinli tərkibin əmələ gəlməsi ilə;
- Produktiv – sinuslarının daxili təbəqəsindəki patoloji dəyişikliklər nəticəsində yaranan poliplər, atrofiya, mukozal hiperplaziya.
Xəstəliyin yaranmasına səbəb olan faktordan asılı olaraq, qaymoritin aşağıdakı növləri də vardır:
- Ondogenik (yuxarı çənənin dişlərinin patologiyaları səbəbindən inkişaf edir);
- Travmatik (yaşanmış hər hansı bir travma səbəbindən meydana gəlir);
- Polipoz (sinuslarda polipoz yaranması səbəbiylə);
- Allergik (allergik reaksiya səbəbindən meydana gəlir);
- Vazomotor (müəyyən bir səbəbdən qaynaqlanmayan) və s.
Qaymorit birtərəfli (bir sinusda yaranan) və ya hər iki çənə sinusuna təsir edərək ikitərəfli ola bilər. Ən çox görülənlər polipoz və irinli qaymoritdir.
Əgər siz də qaymorit ilə ağrısız və təbii yollarla, cəmi bir neçə gün ərzində vidalaşmaq istəyirsinizsə, o zaman bizə müraciət edə bilərsiniz.
Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.
Bu mövzu ilə bağlı digər məqalələri oxumaq üçün aşağıdakı yazılara klikləyərək keçid ala bilərsiniz: