uz dolgusu – HAYMORİT https://haymorit.com Qaymoritin tebii mualicesi Wed, 07 Sep 2022 07:59:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.3 https://haymorit.com/wp-content/uploads/2021/02/favicon.ico uz dolgusu – HAYMORİT https://haymorit.com 32 32 Təbii Dolğu Nədir? | Təbii Dolğu Haqqında Bilinməsi Lazım Olanlar https://haymorit.com/tebii-dolgu-nedir/ Wed, 24 Aug 2022 08:19:41 +0000 https://haymorit.com/?p=1184 Son illərdə ən çox seçilən, ən çox tövsiyə olunan və ən çox istifadə olunan dolğu növü “təbii dolğu hialuron turşusu”dur. Digər maddələrlə müqayisədə tərkibində kimyəvi maddələr olmayan və orqanizmdə mövcud olan hialuron turşulu təbii dolğular orqanizmə asanlıqla qarışır və qalıcılığı daha yüksəkdir. Bu təbii dolğular üzümüzdəki incə xəttlər, dərin qırışlar, dodaq dolğunluğu, dekoltə cizgilərinin və… Ətraflı »Təbii Dolğu Nədir? | Təbii Dolğu Haqqında Bilinməsi Lazım Olanlar

The post Təbii Dolğu Nədir? | Təbii Dolğu Haqqında Bilinməsi Lazım Olanlar appeared first on HAYMORİT.

]]>
Son illərdə ən çox seçilən, ən çox tövsiyə olunan və ən çox istifadə olunan dolğu növü “təbii dolğu hialuron turşusu”dur. Digər maddələrlə müqayisədə tərkibində kimyəvi maddələr olmayan və orqanizmdə mövcud olan hialuron turşulu təbii dolğular orqanizmə asanlıqla qarışır və qalıcılığı daha yüksəkdir. Bu təbii dolğular üzümüzdəki incə xəttlər, dərin qırışlar, dodaq dolğunluğu, dekoltə cizgilərinin və boyun qırışlarının aradan qaldırılması, yaşı ən çox ortaya qoyan əllərin cavanlaşması üçün istifadə edilə bilər.

Dəridə hialuron turşusundan istifadə edilən təbii dolğular son illərdə ən çox seçilən və istifadə edilən üsuldur. Bu təbii turşu toxumaya həcm və nəm əlavə edərək suyu saxlamağa imkan verir. İstədiyiniz yaxşılaşma səviyyəsinə nail olmaq üçün dəriyə həcm əlavə edir. Dəridə olarkən maddələr mübadiləsinin normal işləməsinə imkan verir. Bununla da, yavaş-yavaş parçalanır və dəriyə qarışır. Keyfiyyətli olan təbii dolğular dərinin təzə, sıx və sağlam görünməsini təmin edir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Təbii Dolğu Hansı Məqsədlə İstifadə Olunur?

  • Alın nahiyəsində olan qırışların aradan qaldırılması
  • Qaşın ortasında yaranan qırışların yüngülləşdirilməsi
  • Burun formasının korreksiyası və burun ucunun qaldırılması
  • Dodaqlara forma və həcm vermək və əgər varsa, burunda olan asimmetriyanı düzəltmək
  • Çənə xətiinin formalaşdırılması (jawline)
  • Çənəni formalaşdırmaq və lazım olduqda həcm vermək
  • Üz dərisində əgər varsa, sızanaq və ya oxşar vəziyyətlərin səbəb olduğu çuxurların aradan qaldırılması

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Təbii Dolğudan Ən Çox Hansı Bölgələrdə İstifadə Olunur?

Ən çox tətbiq olunan təbii dolğu növlərindən biri üz və dodaq dolğusudur. Üz dolğusu; üz qırışlarından və çapıqlarından şikayət edən insanlara tətbiq edilir və zamanla üz formasının pisləşməsi ilə də üstünlük verilir. Üz ovallığı pozulmuş insanların köhnə üz cizgilərinin bərpa etmək üçün tətbiq edilir və əsasən dodaqlarda və yanaq sümüyü bölgəsində görülən problemlərə görə üstünlük verilir. Bundan əlavə, çənə və qaşlarda olan korreksiyaların düzəldilməsində müraciət olunur.

Üz Dolğusu Necə Edilir?

Təbii dolğu proseduru dəri altına tətbiq olunan sadə inyeksiyalardan ibarətdir. Belə ki, prosedurdan əvvəl dolğu tətbiq olunacaq nahiyəyə lokal anesteziya tətbiq olunur. Təbii dolğu prosesi tətbiq olunaq sahəyə görə dəyişsə də, maksimum 30 dəqiqə davam edən bir prosedurdur və dolğu prosesi 4 aydan 1 ilə qədər davam edir.

dolğu haqqında

Dodaq dolğusu; daha dolğun dodaqlara sahib olmaq, dodaqların kontur xəttlərini müəyyən etmək və dodaqların simmetrik görünməsi üçün ən çox seçilən əməliyyatsız estetik tətbiqlərdən biridir. Tərkibində hialuron turşusu olan qalıcı olmayan dolğulardan istifadə edilən dodaq böyütmə tətbiqləri sayəsində qısa müddətdə təbii görünüşlə daha dolğun dodaqlara sahib olmaq mümkündür.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Təbii Dodaq Dolğusu Necə Edilir?

Çox diqqət edilməsi lazım olan dodaq dolğusu üz anatomiyasını çox yaxşı bilən təcrübəli həkim tərəfindən edilməlidir. Təbii dolğu zamanı dodaqların tamamilə uyuşmasını təmin etmək üçün anestezik krem çəkilir. Bununla da, prosedur zamanı dodaqlar tamamilə uyuşduğu üçün heç bir ağrı hiss olunumur.

Təbii dolğunun tətbiq zamanı hialuron turşusu ehtiva edən dermal dolğulardan istifadə olunur və dodaq dolğusu əvvəldən razılaşdırılmış nahiyələrə inyeksiya yolu ilə dərinin altına yerləşdirilir. İnyeksiyon prosesi təxminən 5-10 dəqiqə ərzində tamamlanır. Bu məqamda nəzərinizə çatdırmaq istəyirik ki, prosedurdan sonra iynənin daxil olduğu yerdə qanaxma, göyərmə və s. hallar yaranmır.

Təbii Dolğu Proseduru Nə Vaxt Təsirini Göstərir?

Təbii dolğu prosedurlarının sağalma müddəti bir-birindən fərqlənə bilir. Çünki dolğunun tətbiq olunduğu nahiyədən asılı olaraq, onun sağalma və təsir zamanı dəyişir. Tətbiq edilən kimi qısa müddətdə öz təsirini göstərən üz dolğusu 10-15 gün ərzində öz yerini alır. Mütəxəssislər tərəfindən prosedurdan sonra üz dərisində yaranan şişkinlik və ödəmi azaltmaq üçün bol su içmək tövsiyə olunur.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Dodaq Dolğusu Kimlərə Məsləhət Görülmür?

Dodaq böyütmə əməliyyatı hamilə qadınlar, iltihablı dəri problemləri olanlar və soyuqdəymə xəstəliyi olanlar üçün uyğun deyil. Ancaq qeyd olunan hallardan başqa, hər bir kəs asanlıqla dodaq dolğusu prosedurunu tətbiq etdirə bilərlər. Təbii dodaq dolğusu tətbiqinin dodaqların həcmli görünməsindən başqa digər bir səbəbi isə, yaşlanmanın təsiri ilə də yarana bilən dodaq sallanması problemlərini aradan qaldırmaqdır. Bunların xaricində dodaq böyütmə əməliyyatı dodaqlarına forma vermək və ya dolğunlaşdırmaq istəyən və dodaqlarında simmetriya olan hər bir kəsə tətbiq oluna bilər.

The post Təbii Dolğu Nədir? | Təbii Dolğu Haqqında Bilinməsi Lazım Olanlar appeared first on HAYMORİT.

]]>
Üz Dolğusu Nədir və Necə Edilir? | Üz Dolğusunun Ziyanı Varmı? https://haymorit.com/uz-dolgusu/ Wed, 24 Aug 2022 08:12:56 +0000 https://haymorit.com/?p=1182 Dərinin cavanlaşmasında cərrahi üsullar yerinə daha asan tətbiq oluna bilən və insanların daha qısa müddətdə sosial həyatına dönə biləcəyi üsullara üstünlük verilir. Bu üsullardan biri də üz dolğusu tətbiqləridir. Üz dolğusu, dəridə əmələ gələn qırışları sallanmaları və çapıqları aradan qaldırmaq üçün istifadə olunur. Yeni nəsil üz dolğuları ilə pasientləri yorğun göstərən göz altındakı çuxurların doldurulması,… Ətraflı »Üz Dolğusu Nədir və Necə Edilir? | Üz Dolğusunun Ziyanı Varmı?

The post Üz Dolğusu Nədir və Necə Edilir? | Üz Dolğusunun Ziyanı Varmı? appeared first on HAYMORİT.

]]>
Dərinin cavanlaşmasında cərrahi üsullar yerinə daha asan tətbiq oluna bilən və insanların daha qısa müddətdə sosial həyatına dönə biləcəyi üsullara üstünlük verilir. Bu üsullardan biri də üz dolğusu tətbiqləridir. Üz dolğusu, dəridə əmələ gələn qırışları sallanmaları və çapıqları aradan qaldırmaq üçün istifadə olunur. Yeni nəsil üz dolğuları ilə pasientləri yorğun göstərən göz altındakı çuxurların doldurulması, çənə və burun formalaşdırılması, dodaq böyütmə əməliyyatları artıq asanlıqla həyata keçirilə bilər.

Üz dolğusu proseduru heç vaxt həddindən artıq olmamalıdır. Çünki üz dolğusunun həddindən artıq istifadəsi xoşagəlməz qabartılara, qeyri-mütənasib görünüşə və üzün şişməsinə səbəb ola bilər. Orta hesabla 20-30 dəqiqə ərzində vurula bilən üə dolğular, nəticəsi dərhal nəzərə çarpan tətbiqlərdir. Üz dolğuları dodaq və üz nahiyələrinin formalaşdırılmasında, həmçinin qırışların və qocalma xətlərinin aradan qaldırılmasında da təsirli olan prosedurlardır.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

uz ucun mezoterapiya

Üz Dolğusunun Tətbiqi Kimlərə Məsləhət Görülür?

Dərinin üz ovallığı pozulmuş insanların köhnə üz cizgilərini bərpa etmək üçün tətbiq edilir. Üz quruluşu tam formalaşmış və son formasını almış hər bir şəxs üz dolğusu prosedurunu rahatlıqla etdirə bilər və həmin insanlara prosedur tətbiqi məsləhət görülür. Dolğu tətbiq etdirilən nahiyədə aktiv infeksiyası olan insanların, açıq yaraların, xüsusilə sızanaqların aktiv olduğu yerlərdə prosedur tövsiyə olunmur.

Üz Dolğusunun Ziyanı Varmı?

Prosedurun ciddi bir ziyanı yoxdur. Lakin üz dolğusu proseduru heç vaxt həddindən artıq olmamalıdır. Çünki üz dolğusunun həddindən artıq istifadəsi xoşagəlməz qabartılara, qeyri-mütənasib görünüşə və üzün şişməsinə səbəb ola bilər.

Üz Dolğusu Prosedurundan Sonra Nələrə Diqqət Etmək Lazımdır?

Xəstələrə prosedur tətbiq edildikdən sonra ilk 4 saat ərzində uzanmamaları tövsiyə olunur. İlk 24 saat ərzində isə üzə toxunulmamalı, üzə masaj edilməməli və makyaj edilməməlidir. Çünki prosedur sonrası ilk 24 saat ərzində üz dərisində qızartılar yaranan biləcəyi üçün isti vanna və duş qəbul edilməməli və sıx günəşə məruz qalmamaq lazımdır.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

cene botoksu

Üz Dolğusu Necə Edilir?

Dolğu prosesi dəri altına tətbiq olunan sadə inyeksiyalardan ibarətdir. Prosedurundan əvvəl dolğu tətbiq olunacaq nahiyəyə lokal anesteziya tətbiq olunur. Dolğu prosesi tətbiq olunacaq sahəyə görə dəyişsə də, maksimum yarım saat davam edən bir prosedurdur və dolğu prosesi 4 aydan bir ilə qədər davam edir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

The post Üz Dolğusu Nədir və Necə Edilir? | Üz Dolğusunun Ziyanı Varmı? appeared first on HAYMORİT.

]]>