covid-19 peyvənd qeydiyyat – HAYMORİT https://haymorit.com Qaymoritin tebii mualicesi Mon, 27 Dec 2021 16:33:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.3 https://haymorit.com/wp-content/uploads/2021/02/favicon.ico covid-19 peyvənd qeydiyyat – HAYMORİT https://haymorit.com 32 32 Omicron Nədir? Omicron Ştammı Haqqında Maraq Edilənlər! https://haymorit.com/omicron-stammi/ Wed, 08 Dec 2021 16:22:55 +0000 https://haymorit.com/?p=524 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “narahatedici” olaraq xarakterizə etdiyi Omicron variantı indiyə qədər bir çox ölkədə görülməyə davam edir. Yeni variantın yoluxma dərəcəsi və onun xəstəliyin gedişatını ağırlaşdırma bilməsi ilə bağlı bir çox suallara cavab verilməlidir. Bu məqaləmizdə isə sizinlə yeni koronovirus növü olan Omicron haqqında ən çox maraq edilənlərindən bəhs etmişik. 1. Çoxlu sayda Mutasiyaya… Ətraflı »Omicron Nədir? Omicron Ştammı Haqqında Maraq Edilənlər!

The post Omicron Nədir? Omicron Ştammı Haqqında Maraq Edilənlər! appeared first on HAYMORİT.

]]>
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “narahatedici” olaraq xarakterizə etdiyi Omicron variantı indiyə qədər bir çox ölkədə görülməyə davam edir. Yeni variantın yoluxma dərəcəsi və onun xəstəliyin gedişatını ağırlaşdırma bilməsi ilə bağlı bir çox suallara cavab verilməlidir. Bu məqaləmizdə isə sizinlə yeni koronovirus növü olan Omicron haqqında ən çox maraq edilənlərindən bəhs etmişik.

1. Çoxlu sayda Mutasiyaya malikdir!

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni virus variantını “Omicron”-nu həyəcanverici variant kimi müəyyən etmişdir. Omicron haqqında ilk dəfə 24 noyabr 2021-ci ildə Cənubi Afrikada məlumat verildiyi açıqlandı. Çox yüksək risk təşkil edən Omicron variantının qlobal miqyasda yayılma potensialının yüksək olduğu və Covid-19 hadisəsi artımının ağır təsirlərinin bəzi bölgələrdə müşahidə oluna biləcəyi açıqlanıb. Omicron-da həyəcanverici dərəcədə çox sayda mutasiya və bu varianta təkrara yoluxma riskinin artması aşkar edilmişdir.

ÜST-nin brifinq mətnində üzv ölkələr peyvənd proqramlarını sürətləndirməyə çağırılıb. Çağırışda xüsusilə yüksək riskli bölgələrdə peyvənd nisbətlərinin artırılmasının vacibliyi vurğulanıb. Bundan əlavə, mətndə deyilir: “Omicron da daxil olmaqla, dövriyyədə olan SARS-CoV-2 variantlarını daha yaxşı başa düşmək üçün nəzarət səyləri genişləndirilməli və imkanlar mövcud olduqda, Omicron-un xüsusiyyətlərini anlamaq üçün sahə tədqiqatları və laboratoriya qiymətləndirilmələri aparılmalıdır.”

Bundan əlavə, son həftələrdə B.1.1.529 variantının aşkarlanması ilə üst-üstə düşərək infeksiyaların kəskin şəkildə artdığı müşahidə edilib. İlk məlum təsdiqlənmiş yeni virus infeksiyası 9 noyabr 2021-ci ildə toplanmış nümunədə aşkar edilmişdir. Tədqiqatlar göstərir ki, Omicron digər narahatlıq doğuran variantlarla müqayisədə, infeksiya riskini artırır. Bu variantın Cənubi Afrikanın demək olar ki, bütün şəhərlərində halların sayını artırdığı da müəyyən edilib. Hazırda istifadə olunan SARS-CoV-2 PCR test üsulu da bu variantı aşkar edə bilər.

2. Maska Məsafə Gigiyena Vacibdir!

Bu tədbirlər Omicron-dan qaçmaq üçün sübut edilmiş ictimai, sağlamlıq və sosial tədbirlər də daxil olmaqla, COVİD-19 risklərini azaltmaq üçün davam etməlidir:

  • Maska taxmaq,
  • Şəxsi gigiyena qaydalarına riayət etmək,
  • Fiziki məsafə qaydalarına riayət etmək,
  • İnsanların çox olduğu yerlərdən qaçınmaq,
  • Peyvənd olunmaq (Covid-19-un digər variantlarına qarşı təsirli olan mövcud peyvəndlər də, yeni virus növü ilə mübarizədə vacibdir.)

Cəmiyyətdə yayılan SARS-CoV-2 variantlarını daha yaxşı başa düşmək üçün nəzarəti (məlumatların toplanması və təhlili) və ardıcıllıq tədqiqatlarının davam etdirilməsi də arzu edilir.

3. Yoluxuculuq Gücü Daha Da Artdı!

Zülallar yeni növ koronovirusun hüceyrələrimizə daxil olması üçün əsas rol oynayır. Zülal proqnozlarında virusun mutasiyalarının sayı artdıqca, peyvəndlərin effektivliyini itirmə riski günü-gündən artır. Mutasiyaya uğramış virusa görə, xəstəliyin yoluxucu gücü artır və ağır mənzərə yaranır. Delta variantında hüceyrələrlə təmasda olan kirpi hissəsində 2 mutasiya olduğu halda, Omicronda mutasiyaların sayı 10-dur. Xəstəliyin simtomlarına gəlincə, Omicron variantının ortaya çıxması ilə bəzi dəyişiklər müşahidə edildi. Yeni variant üzərində aparılan araşdırmalar bu ştammın digər variantlardan çox fərqli olduğunu ortaya qoymuşdur. Bundan başqa;

  • Variant ilk dəfə görülən xəstələrdə dad və qoxu hisslərinin itmədiyi müşahidə edilmişdir.
  • Bəzi xəstələr əzələ ağrısı, yorğunluq, yüksək hərarət və yüngül öskürək kimi simptomlar olduğunu bildirdilər.
  • İndiyə qədər Omicron olan insanlar Delta variantından fərqli olaraq, oksigen səviyyələrində ciddi bir azalma görmədlilər.
  • Omicron variantında bu günə qədər əksər hallar virusun daha yüngül simptomlarını yaşayan gənc yetkinlər kimi bildirilmişdir.

4. Azərbaycanda Omicron Ştammı Aşkar Edilməmişdir!

Bu gün Omicron variantı ilə bağlı bütün dünyada ciddi bir narahatlıq olmasına baxmayaraq və Cənubi Afrika və bəzi Avropa ölkələrində indiyədək aşkarlanmış və ya şübhəli hallara rast gəlinsə də, Azərbaycanda omicron ştammı aşkar edilməmişdir. Türkiyə, Böyük Britaniya, Avstraliya, Kanada və ABŞ da daxil olmaqla, bir çox ölkələr Cənubi Afrikadan və qonşu ərazilərdən səyahətləri qadağan edib və ya məhdudlaşdırılıb.

5. Xəstələrə Karantin Tövsiyələri!

  • Bütün xəstəliklərdə olduğu kimi, virus xəstəliklərində də düzgün və balanslı qidalanma vacibdir.
  • Vitamin və minerallarla zəngin qidaların qəbulu immunitet sisteminin güclənməsinə töhfə verəcəkdir.
  • Vitamin C, sink və vitamin D mütəxəssis həkimlərin məsləhəti ilə uyğun miqdarda qəbul edilməlidir.
  • Koronovirus prosesində əhəmiyyətli olduğu sübut edilən su gün ərzində orqanizm ehtiyac duyduğu miqdarda istehlak edilməlidir.
  • Xəstələr istirahət etməli və xəstəlik prosesində adekvat, nizamlı və keyfiyyətli yuxu çox vacibdir. Xəstə narahatlıq və stressdən uzaq durmalı və bunun üçün tədbir görməlidir.
  • Əgər xəstəyə mütəxəssis həkimlər tərəfindən dərman verilibsə, dərmanlar fasiləsiz qəbul edilməlidir. Xəstələr vəziyyətlərində baş verən hər hansı bir dəyişiklik barədə dərhal həkimlərinə məlumat verməlidirlər.

The post Omicron Nədir? Omicron Ştammı Haqqında Maraq Edilənlər! appeared first on HAYMORİT.

]]>
Covid-19 Peyvəndi Haqqında Maraq Edilənlər- Peyvəndin Yan Təsirləri Varmı? https://haymorit.com/covid-19-vaksin/ Wed, 17 Nov 2021 11:13:25 +0000 https://haymorit.com/?p=331 2019-cu ildə Çində virus ailəsinin yeni üzvü müəyyən edilmiş və bu virus “koronavirus, Covid-19” adlandırılaraq, qısa bir zamanda bütün dünyaya təsir edəcək epidemiyaya çevrilmişdir. Covid-19 xəstəliyinin əlamətləri olan şəxslərin və ya bu xəstəlikdən şübhələnən hər kəsin səhiyyə müəssisələrindən və həkimlərdən dəstək alması tövsiyə olunmaqdadır. Hazırda bu xəstəlikdən dünyasını dəyişən insanların sayı 2 milyona yaxınlaşır. Koronavirus… Ətraflı »Covid-19 Peyvəndi Haqqında Maraq Edilənlər- Peyvəndin Yan Təsirləri Varmı?

The post Covid-19 Peyvəndi Haqqında Maraq Edilənlər- Peyvəndin Yan Təsirləri Varmı? appeared first on HAYMORİT.

]]>
2019-cu ildə Çində virus ailəsinin yeni üzvü müəyyən edilmiş və bu virus “koronavirus, Covid-19” adlandırılaraq, qısa bir zamanda bütün dünyaya təsir edəcək epidemiyaya çevrilmişdir. Covid-19 xəstəliyinin əlamətləri olan şəxslərin və ya bu xəstəlikdən şübhələnən hər kəsin səhiyyə müəssisələrindən və həkimlərdən dəstək alması tövsiyə olunmaqdadır. Hazırda bu xəstəlikdən dünyasını dəyişən insanların sayı 2 milyona yaxınlaşır. Koronavirus mübarizəsində inkişaf etdirilən Covid-19 peyvəndləri bir çox ölkədə profilaktik üsullar sırasında tətbiq olunmağa davam edir.

Covid-19 Peyvəndi Haqqında

Hazırda tətbiq olunan peyvəndlər Sinovac şirkətinin Çin peyvəndi olan Coronavac kimi tanınan peyvənd Covid-19 peyvəndləri və Pfizer-Biontech ortaqlığıdır. Ümumiyyətlə, peyvəndlər istənilən ölkədə istifadə edilməzdən əvvəl müxtəlif mərhələlərdən keçərək təsdiq olunur. Həmçinin, peyvənd tədqiqatları çox böyük xəstə qrupları ilə aparılan tədqiqatlardır və son mərhələ olan 3-cü faza tədqiqatları on minlərlə iştirakçı ilə aparılır.

Covid-19 peyvəndi haqqında geniş tədqiqatlar aparılsa da, hər hansı bir müalicə müdaxiləsinin və ya peyvənd tədqiqatlarının uzunmüddətli təsirindən tam əmin olmaq mümkün deyildir. Əgər peyvəndlər fərd və cəmiyyəti ölümcül ola bilən və tam başa düşülməyən bir xəstəliyə qarşı qoruyursa, cəmiyyət olaraq bu peyvənd araşdırmasına dəstək vermək məqsədəuyğundur. Qısa müddətdə Covid-19 peyvəndləri ilə baş verə biləcək yan təsirlərin nəticəsini aşağıdakı kimi ümumiləşdirmək olar:

  • Enjeksiyon yerində ağrı və ya şişkinlik;
  • Zəiflik;
  • Baş ağrısı və əzələ ağrıları;
  • Qızdırma kimi əlamətlərlə müşahidə oluna bilər.

Amma bədənin daha əhatəli reaksiyasına görə peyvənddən sonrakı bu şikayətlər ikinci dozadan sonra daha ciddi şəkildə baş verə bilər. Keçmişdə hər hansı bir dərman, peyvənd və maddəyə qarşı allergik reaksiya inkişaf etdirən şəxslərin peyvənddən əvvəl bu vəziyyətləri həkimləri ilə məsləhətləşmələri vacibdir.

Covid-19 Peyvəndinin Yan Təsirləri Nələrdir?

Covid-19 peyvəndləri ilə qısa müddətdə meydana gələ biləcək yan təsirlər tətbiq olunan peyvəndin növündən asılı olmayaraq, çox oxşar şikayətlərdir. Yuxarıda qeyd olunan yan təsirlərə əlavə olaraq, halsızlıq, qızdırma, üşümə, bədənin müxtəlif yerlərində ağrı, ürəkbulanma və s. peyvəndlərin qısa müddətdə yarada biləcəyi ümumi yan təsirlər arasındadır. Peyvənddən sonra belə yüngül yan təsirlərin olması normaldır və bununla belə, şikayətlər bəzən kifayət qədər bezdirici olsa da, əslində bir müsbət inkişaf kimi qəbula edilə bilər. Çünki onlar bədənin immunitet reaksiyası yaratmağa başladığını göstərir.

Ancaq baş verə biləcək yan təsirlər bu cür yüngül şikayətlərlə məhdudlaşmaya bilir və nadir də olsa, bəzi insanlar Covid-19 peyvəndindən sonra çox ciddi allergik reaksiyalar yaşaya bilir. Bunun nəticəsində isə hətta bəzən həyat təhlükəsi olan anafilaksiyaya qədər irləliyir. Erkən başlayan peyvəndlə allergik reaksiyalar adətən tətbiq edildikdən sonra 4 gün ərzində başlayır və bədənin müxtəlif yerlərində dəri döküntüsü, nəfəs darlığı və ödəm ilə özünü göstərir. Allergik reaksiya simptomları ilə yanaşı, ishal, qarın ağrısı, hipotansiyon və pis bir şeyin baş verəcəyi hissi kimi digər simptomlar peyvəndin səbəb olduğu anafilaksi cədvəlinə daxil edilə bilən digər şikayətlər arasındadır. Bu səbəbdən, ümumiyyətlə, fərdlərin covid-19 peyvəndindən sonra ən azı 15 dəqiqə müşahidə altında saxlanması tövsiyə olunur.

Buna görə də, allergik xəstəliyi olan insanların Covid-19 peyvəndi olunmamışdan əvvəl müayinə olunması lazımdır. Əgər həmin şəxslər üçün peyvənd olunmaq tövsiyə olunmursa, Covid-19-la bağlı əks-göstəriş sertifikatını əldə etməlidirlər. Lakin Covid-19 peyvəndlərinin uzununmüddətli yan təsirləri haqqında danış hələ çox erkəndir çünki peyvəndlər hələ yenidir və onların insanlara qarşı təsirlərini müşahidə edə biləcək tədqiqatlar üçün kifayət qədər vaxt keçmədiyi üçün bu məsələlərlə bağlı nəsə demək üçün elm dünyasının bir az daha vaxta ehtiyacı var.

Covid-19 Peyvəndləri Effektivdirmi?

Covid-19 peyvəndlərinin effektivliyi vurulan peyvəndin növündən asılı olaraq dəyişir. Hal-hazırda tədqiqatlar mRNT vaksinlərinin kifayət qədər təsirli olduğunu göstərən nəticələrə malikdir. Ümumiyyətlə, bu peyvəndlərin tətbiqindən sonra bir dozadan sonra 14 gün ərzində Covid-19-dan qorunma dərəcəsi 80% təşkil edir. İkinci dozadan sonra isə bu səviyyə 90%-ə çatır. Və bununla da, peyvəndlərdən sonra həm xəstəliyə yoluxma, həm də xəstəxanaya yerləşdirilməli olan xəstələrin sayında azalma olacağı gözlənilməkdədir.

Lakin nəzərə alınmalı olan digər qrup isə xəstəlik keçirmiş insanlardır. Koronavirus xəstəliyi olan və immun sistem antikor istehsal etməyə başlayan insanlar da peyvənd tətbiqinə daxil edilməlidir. Və beləliklə, Covid-19 peyvəndləri bütün cəmiyyətin birgə işləməsini tələb edən mühüm profilaktik təcrübədir. Buna görə də peyvənd planında iştirak edən hər kəsin bu sağlamlıq probleminə nəzarət etmək üçün öz üzərinə düşəni etmələri çox vacibdir. Çünki Covid-19 xəstəliyindən azad olmaq üçün bütün insanların peyvənd olunması lazımdır. Hansı peyvənd növündən asılı olmayaraq, qısa zaman ərzində peyvənd olunmaq bütün bəşəriyyət üçün olduqca faydalı olacaqdır.

The post Covid-19 Peyvəndi Haqqında Maraq Edilənlər- Peyvəndin Yan Təsirləri Varmı? appeared first on HAYMORİT.

]]>