boğaz ağrısı nədir – HAYMORİT https://haymorit.com Qaymoritin tebii mualicesi Tue, 30 Nov 2021 07:34:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.3 https://haymorit.com/wp-content/uploads/2021/02/favicon.ico boğaz ağrısı nədir – HAYMORİT https://haymorit.com 32 32 Faringit və Onun Əlamətləri Nələrdir? Faringitin Müalicəsi Necə Olmalıdır? https://haymorit.com/faringit-n%c9%99dir/ Fri, 26 Nov 2021 19:33:04 +0000 https://haymorit.com/?p=429 Xalq arasında boğaz ağrısı kimi tanınan faringit boğazın arxa hissəsini əhatə edən selikli qişanın iltihabı xəstəliyidir. Bu iltihab boğazda narahatlıq, quruluq və udma çətinliyinə səbəb ola bilir. Xəstəliyin müddətinə görə faringit iki yerə bölünür. Əgər faringit yeni yaranıb və ciddi şikayətlərə səbəb olubsa, bu vəziyyət “kəskin faringit” kimi təyin olunur. Kəskin faringitdə xəstənin şikayətləri daha… Ətraflı »Faringit və Onun Əlamətləri Nələrdir? Faringitin Müalicəsi Necə Olmalıdır?

The post Faringit və Onun Əlamətləri Nələrdir? Faringitin Müalicəsi Necə Olmalıdır? appeared first on HAYMORİT.

]]>
Xalq arasında boğaz ağrısı kimi tanınan faringit boğazın arxa hissəsini əhatə edən selikli qişanın iltihabı xəstəliyidir. Bu iltihab boğazda narahatlıq, quruluq və udma çətinliyinə səbəb ola bilir. Xəstəliyin müddətinə görə faringit iki yerə bölünür. Əgər faringit yeni yaranıb və ciddi şikayətlərə səbəb olubsa, bu vəziyyət “kəskin faringit” kimi təyin olunur. Kəskin faringitdə xəstənin şikayətləri daha qabarıq şəkildə özünü göstərir. Boğaz ağrısı, udma çətinliyi, boğazda quruluq, yanma və ya qaşınma hissi, qızdırma, öskürək kimi şikayətlər olur. Kəskin faringit adətən yuxarı tənəffüs yollarının infeksiyasıdır.

Ancaq uzun müddətli və çox ağır olmayan şikayətlər varsa, buna “xroniki faringit” deyilir. Faringitin bu növündə isə simptomlar daha yüngül olsa da, lakin davamlıdır. Boğazda quruluq, sancma, yanma və yad cisim hissi, udmada yüngül çətinlik kimi şikayətlər müşahidə olunur. Xroniki faringitdə yoluxucu amillər rol oynasa da, adətən bu amillər arasında spirt və siqaret istifadəsi, quru və çirkli hava kimi faktorlar da rol oynayır.

Faringitin Əlamətləri Nələrdir?

Faringitin inkubasiya müddəti adətən 2-5 gündür. Xəstəliyi müşayiət edən simptomlar faringitə səbəb olan vəziyyətdən asılı olaraq dəyişsə də, xəstəliyin əlamətlərini ümumiyyətlə aşağıdakı kimi sıralamaq olar:

  • Boğazda yanğı, qıcıqlanma və qaşınma hissi;
  • Udqunma zamanı çətinlik və ağrı;
  • Burun axması və davamlı quru öskürək;
  • Baş ağrısı və yorğunluq hissi;
  • Bədəndə ağrılar və hərarət;
  • Ağızda qeyri-adi dad;
  • Ümumi pozğunluq və iştahsızlıq və s.

Əlamətlər ilə xəstəlik özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

Faringitin Yaranma Səbəbləri Nədir?

Faringitin yaranma səbəbləri müxtəlif olsa da, təxminən 90% nisbətində xəstəlik bakterial, göbələk, ətraf mühit və şəxsi faktorlar səbəbi ilə yaranır. Virus və bakteriyalar faringitin yaranmasının ən çox yayılmış səbəbidir. Virus faringiti udlağın iltihabi proseslərinin təxminən 70%-ni təşkil edir. Bundan əlavə isə, faringitə ən çox soyuqdəymə, qrip və ya mononükleoz kimi viral infeksiyalar da səbəb olur.

Bəzi hallarda isə faringitin yaranma səbəblərinə allergiya, travma (cərrahi müdaxilə zamanı və ya udlağa yad cisim düşdükdə) və yaxud zədələyici amillərin (şüalanma, buxar və ya qaynar maye) təsiri aid ola bilir. İmmun sisteminin pozulması, ağır xroniki xəstəliklə,r çirkli hava, siqaret və spirtli içkilərin istifadəsi də faringitin yaranma ehtimalını artırır.

Faringitin Müalicəsi Necə Olmalıdır?

Kəskin faringitdə infeksiya iştirak etdiyi üçün infeskiya müalicəsi vacibdir. Bundan əlavə, ağrıkəsicilər, qızdırma salan dərmanla,r öskürək və ağız qarqaraları istifadə edilə bilər. Lakin, xroniki faringitin müalicəsi çox çətindir. Faringitin bu növündə xəstəlik çox vaxt tamamilə aradan qaldırılmır. Müalicə zamanı xəstəliyə səbəb olan amilləri (allergiya, sümük əyriliyi və s.) aradan qaldırmaq vacibdir. Bakterial faringitdə xəstəyə burun spreyi, antibiotiklər və s. verilərkən bunlarla yanaşı, xəstələrə aşağıdakı tövsiyələr də verilir:

  • Gün ərzində çox su içmək;
  • İstirahət edilməsi;
  • İlıq duzlu su ilə qarqara etmək;
  • Ağrıları aradan qaldırmaq üçün isti mayelər içmək;
  • Boğaz quruluğu üçün buxarlandırıcıların tətbiq edilməsi və s.

Həmçinin, mütəxəssislər tərəfindən tövsiyə olunan boğaz spreylərindən istifadə etməkdə xəstəliyin müalicəsində faydalı olacaqdır. Bundan əlavə, faringitin müalicəsində təbii üsullardan da faydalanmaq mümkündür. Xalq təbabətində geniş istifadə olunan adaçayı, sarımsaq və nanə xəstələrin köməyinə çatacaqdır.

Adaçayı farıngitin səbəb olduğu boğaz iltihabına çox yaxşı təsir edir. Limon suyu və dəmlənmiş adaçayı ilə qarqara da faringitə yaxşı təsir göstərir. Sarımsaq antiseptik xüsusiyyətlərə malik olduğundan dolayı, bakterial infeksiyaya kömək edə bilər və faringitin səbəb olduğu boğaz ağrısını aradan qaldırmağa kömək edə bilər. Buna görə də, sarımsağı boğaz ağrısı üçün istifadə etməyin ən yaxşı yolu onu çiy çeynəmək və ya udmaq lazımdır. Nanə bir çox xəstəliyə faydası olmaqla yanaşı, faringitə də yaxşı təsir edir. Nanə boğaz ağrısını sakitləşdirə və quru öskürəyi aradan qaldıra bilər. Bu zaman nanəni dəmləyib çay şəklində içmək olduqca faydalı olacaqdır.

The post Faringit və Onun Əlamətləri Nələrdir? Faringitin Müalicəsi Necə Olmalıdır? appeared first on HAYMORİT.

]]>
Boğaz Ağrısının Səbəbləri və Müalicə Üsulları Nələrdir? https://haymorit.com/bogaz-agrisinin-s%c9%99b%c9%99bl%c9%99ri/ Tue, 16 Nov 2021 19:41:09 +0000 https://haymorit.com/?p=321 Boğaz ağrısı özünü boğazda yanma, ağrı və quruluq kimi göstərə bilən bir sağlamlıq problemi olmaqla cəmiyyətdə ən çox rast gəlinən şikayətlərdən biridir. Araşdırmalar göstərmişdir ki, hər il 13 milyona yaxın insan boğaz ağrısı şikayəti ilə səhiyyə müəssisələrinə müraciət edir. Boğaz ağrılarının əksəriyyəti infeksiyalar və ya quru hava kimi ətraf mühit amillərindən qaynaqlanır. Bu ağrılar xəstənin… Ətraflı »Boğaz Ağrısının Səbəbləri və Müalicə Üsulları Nələrdir?

The post Boğaz Ağrısının Səbəbləri və Müalicə Üsulları Nələrdir? appeared first on HAYMORİT.

]]>
Boğaz ağrısı özünü boğazda yanma, ağrı və quruluq kimi göstərə bilən bir sağlamlıq problemi olmaqla cəmiyyətdə ən çox rast gəlinən şikayətlərdən biridir. Araşdırmalar göstərmişdir ki, hər il 13 milyona yaxın insan boğaz ağrısı şikayəti ilə səhiyyə müəssisələrinə müraciət edir. Boğaz ağrılarının əksəriyyəti infeksiyalar və ya quru hava kimi ətraf mühit amillərindən qaynaqlanır. Bu ağrılar xəstənin həyat səviyyəsini aşağı salsa da, əsasən öz-özünə sağalmağa meyillidir.

Boğaz Ağrısının Səbəbləri Nələrdir?

Yoluxucu xəstəliklərdən yaralanmalara qədər boğaz ağrısı bir çox şəkildə baş verə bilər. Halbuki, ağrıların 90%-i viruslardan qaynaqlanır. Soyuqdəymə, qrip, tüpürcəklə keçən xəstəlik olan monoükleoz, qızılca,suçiçəyi və parotit boğaz ağrısının əsas səbəbləridir. Qızılca, suçiçəyi və parotit daha çox uşaqlarda müşahidə edilir, lakin boğaz ağrısı bu xəstəliklərlə müşayiət olunur. Soyuqdəymə və qrip tez-tez boğaz ağrısı ilə özünü göstərir. Bakterial infeksiyalar da boğaz ağrısına səbəb ola bilər. Bakterial infeksiyaların səbəb olduğu boğaz ağrılarında boğazda ağ rəngli iltihab görünüşü müşahidə oluna bilər.

Hər hansı bir maddəyə qarşı allergiyanın olması zərərsiz olsa belə, o maddə ilə qarşılaşdıqdan sonra immunitet sisteminin həddindən artıq reaksiya verdiyi vəziyyətləri təsvir edir. Müxtəlif qida maddələrinə, bitkilərə, tozlar,a polenlərə və digər bitki maddələrinə qarşı allergiya yarana bilər. Bundan əlavə, immunitet sistemi polen, ot və ev heyvanları kimi allergiyalara reaksiya verdikcə burun axması, sulu gözlər, asqırma və boğazın qıcıqlanması kimi simptomlara səbəb olan kimyəvi maddələr buraxa bilər. Belə hallarda, burunda əmələ gələn artıq boğazın arxasına damlaya bilər.

Bu səbəblərdən bəziləri keçməyən və uzun müddət davam edən (xroniki) boğaz ağrısına səbəb ola bilər. Davamlı boğaz ağrısı bir qrup əsas yoluxucu xəstəlik də daxil olmaqla, bir çox səbəbə görə baş verə bilər. Allergiya, postnazal, damlama, ağızdan nəfəs alma kimi vəziyyətlərə əlavə olaraq, monoküleoz və gonoreya kimi yoluxucu xəstəliklər zamanı davamlı boğaz ağrısı meydana gələ bilər.

Boğaz Ağrısının Müalicə Üsulları Nələrdir?

Viral infeksiyaların səbəb olduğu boğaz ağrısı təxminən bir həftə sonra öz-özünə sağalacaq və tibbi yardım tələb etməyəcək. Bununla belə, uşaqlarda ağrı və qızdırma qarşısını almaq üçün ağrı kəsicilər və qızdırma salıcı dərmanlar istifadə edilə bilər. Uşaqlarda isə simptomları yüngülləşdirmək üçün xüsusi dozası olan dərmanlardan istifadə etmək lazımdır. Yetkinlərdə istifadə edilən dərmanlar uşaqlarda daha ciddi yan təsirlərə səbəb ola bilər. Boğaz ağrısı üçün aspirin tövsiyə edilmir. Çünki qaraciyər və beyində şişliklərə səbəb olan nadir, lakin həyati təhlükəsi olan Reye sindromu baş verə bilər.

Amma boğaz ağrısının səbəbi bakterial infeksiyalardan qaynaqlanırsa, müalicə üsulu olaraq antibiotiklər istifadə olunur. Antibiotiklər çox ciddi dərmanlardır və natamam müalicə orqanizmin bakteriyalara qarşı immuniteti zəiflədir. Bu səbəbdən, antibiotik istifadə edərkən boğaz ağrısı keçsə belə həkimin tövsiyə etdiyi antibiotik bitənə qədər istifadə edilməlidir. Boğaz ağrısı zamanı müalicədə bəzi bitki mənşəli üsullar da istifadə edilə bilər.

Adaçayı (şalyef) boğaz ağrısı zamanı ən çox içilən və faydalı olan bitki çaylarından biridir. Tərkibindəki maddələr sayəsində orqanizmin soyuqdəymə və qripə qarşı mübarizə aparmasına kömək edir və selikli qişanın nəmliyini saxlayır və bununla da boğaz quru qalır. Duzlu su qarqarası etməkdə olduqca faydalıdır.

Lakin boğaz ağrısının müalicəyə cavabı əsas səbəbdən asılı olaraq dəyişə bilir və bunun nəticəsinda ağrının sağalma müddəti dəyişə bilir. Həkimlərin məlumatı və tövsiyəsi daxilində tətbiq oluna bilən müxtəlif üsulların köməyi ilə boğaz ağrısı şikayətinin idarə olunmasına qatqı təmin edilə bilər.


The post Boğaz Ağrısının Səbəbləri və Müalicə Üsulları Nələrdir? appeared first on HAYMORİT.

]]>