əzələ ağrıları üçün maz – HAYMORİT https://haymorit.com Qaymoritin tebii mualicesi Tue, 01 Nov 2022 14:02:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.3 https://haymorit.com/wp-content/uploads/2021/02/favicon.ico əzələ ağrıları üçün maz – HAYMORİT https://haymorit.com 32 32 Əzələ Ağrısı Üçün Nə Etməli və Əzələ Ağrılarına Nə Yaxşı Təsir Edər? https://haymorit.com/ezele-agrisi-ucun-ne-etmeli/ Tue, 01 Nov 2022 14:02:09 +0000 https://haymorit.com/?p=1392 Əzələ ağrısı gözlənilmədən baş verə biləcək bir problemdir. Gündəlik həyata mənfi təsir edən əzələ ağrıları daha çox bədənlərini həddindən artıq istifadə edən və onları yoran insanlarda daha çox olur. Bədənimizdəki əzələlər güclü və dik durmaq bizi dəstəkləyir. Əzələ problemləri bütün bədənə mənfi təsir göstərir və əzələ ağrıları insana çətin anlar yaşada bilər. Spazma şəklində olan… Ətraflı »Əzələ Ağrısı Üçün Nə Etməli və Əzələ Ağrılarına Nə Yaxşı Təsir Edər?

The post Əzələ Ağrısı Üçün Nə Etməli və Əzələ Ağrılarına Nə Yaxşı Təsir Edər? appeared first on HAYMORİT.

]]>
Əzələ ağrısı gözlənilmədən baş verə biləcək bir problemdir. Gündəlik həyata mənfi təsir edən əzələ ağrıları daha çox bədənlərini həddindən artıq istifadə edən və onları yoran insanlarda daha çox olur. Bədənimizdəki əzələlər güclü və dik durmaq bizi dəstəkləyir. Əzələ problemləri bütün bədənə mənfi təsir göstərir və əzələ ağrıları insana çətin anlar yaşada bilər. Spazma şəklində olan ağrı, spazma açılmadığı təqdirdə keçmir və buna görə də, insan gündəlik həyat tempini lazım olduğu kimi yerinə yetirə bilmir.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Əzələ ağrısına gəldikdə, bu, yalnız idmançılarda baş verən bir vəziyyət kimi qəbul edilməsinə baxmayaraq, əzələ ağrıları hər bir kəsin başına gələ bilər. Yanlış duruş, bədənin həddindən artıq yüklənməsi, müəyyən bir yerə həddindən artıq yüklənmə əzələ ağrılarına səbəb ola bilər. Əzələ ağrısı bütün bədənə yayılır və ümumi həyatı çətinləşdirə bilir və buna görə də, əzələ ağrıları xroniki hal almadan müdaxilə edib sağaltmaq lazımdır. Son çarə olaraq həkimə müraciət etmək olar. Xüsusilə də, fiziki müalicə əzələ ağrılarında uğurlu nəticələr əldə edir. Bu məzmunda əzələ ağrılarının səbəbi nədir və necə keçər? Əzələ ağrıları üçün nə yaxşıdır? Bu suallar haqqında ətraflı məlumatları sizin üçün bir araya gətirdik və budur əzələ ağrıları ilə bağlı bütün maraq edilənlər..

Əzələ ağrılarına səbəb nədir?

Ümumi şəkildə əzələ ağrılarının nədən olduğunu və bu ağrılara nələrin səbəb olduğunu maraq edənlər üçün aşağıdakı şəkildə sadalaya bilərik;

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

  • Qeyri-kafi qidalanma əzələlərdə ağrıya səbəb olacaqdır və xüsusən də, D vitamininin qəbulu azaldıqda əzələlər zəifləyir və bununla da, ağrılar yaranır.
  • Əzələ gərginliyi və burxulma da əzələ ağrılarına səbəb olur və bu, əslində bir növ əzələ zədəsidir və əzələlərin gərginləşməsinə səbəb olur.
  • Stressli həyat və bədəndə susuzluq əzələ ağrılarına səbəb olur və buna görə də, gün ərzində içilməsi lazım olan su miqdarı var. Bu miqdar, mövsümi olaraq dəyişə bilər və bu miqdarın altına düşülərsə, əzələlər mənfi təsirlənir.
  • Kifayət qədər qidalanmamaq və nizamlı olmayan yuxu rejimi də əzələlərdə ağrıya səbəb ola bilər. Yuxu əslində qidadır və yetərsiz olduğu təqdirdə, bədən müxtəlif reaksiya verə bilir.
  • Digər bir səbəb isə, insanin dözə biləcəyindən daha uzun müddət idman etməsi əzələ ağrılarına səbəb olan digər bir amildir.

Əzələ ağrıları Hara Vurur?

Əzələ ağrısı da bədənin müxtəlif yerlərində ağrıya səbəb ola bilər. Bəs əzələ ağrıları hara vurur? Ən çox əllərə, qollara, ayaqlara, boyuna və arxaya təsir edən əzələ ağrıları, ümumiyyətlə bədənin istənilən bir nahiyəsində ağrıya səbəb ola bilir və bu vəziyyət də ağrıyan əzələ bölgəsi ilə əlaqələndirilir. Bu məqamda maraq edilən digər bir sual isə, əzələ ağrıları üçün nə etməli olduğumuz və əzələ ağrılarının necə keçdiyidir?

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Əzələ Ağrısı Üçün Nə Etməli?

Ümumi şəkildə əzələ ağrıları üçün nə etməli olduğunuzu və əzələ ağrılarına nələrin yaxşı təsir etdiyini maraq edənlər üçün aşağıdakı şəkildə sadalaya bilərik;

  • Hər gün ən az iki litr su içmək və məşqdən sonra əzələ ağrısının qarşısını almaq üçün daha çox isinmə və gərmə hərəkətləri edin
  • Əgər əzələ zədəniz varsa, o nahiyədəki əzələləri dincəlməyə icazə verin və bir müddət idman məşqləri etməyin
  • Əzələ ağrıları üçün buz terapiyası tətbiq edə bilərsiniz və bununla yanaşı, əzələ ağrıları üçün masaj çox faydalıdır.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Əzələ Ağrılarına Nə Yaxşı Təsir Edər?

Bu sual ünvanımıza bir çox insan tərəfindən soruşulur və maraq edilir. Bu məqamda nəzərinizə çatdırmaq istəyirik ki, ağrıyan yeri masaj etmək, su istehlakını artırmaq və ağrıyan yeri buzla masaj etmək ağrını aradan qaldırmaq üçün ilkin mərhələdə ümumiyyətlə əzələ ağrılarına yaxşı təsir edir.

Hansı vitamin çatışmazlığı əzələ ağrılarına səbəb olur?

Vitamin çatışmazlığı da əzələ ağrılarına səbəb ola bilər. Bəs hansı vitamin çatışmazlığı əzələ ağrılarına səbəb olur? Bədəndə D vitamini çatışmazlığı olduqda əzələ ağrıları yaran bilər və qan testindən keçib D vitamini səviyyənizi öyrənə bilərsiniz.

The post Əzələ Ağrısı Üçün Nə Etməli və Əzələ Ağrılarına Nə Yaxşı Təsir Edər? appeared first on HAYMORİT.

]]>